K8S üzərində Veb Tətbiq Startapı üçün Jira ilə Layihə İdarəetməsi

K8S üzərində Veb Tətbiq Startapı üçün Jira ilə Layihə İdarəetməsi

Layihə idarəetməsi biznes ehtiyaclarını başa düşməklə və maraqlı tərəflərdən tələbləri toplayaraq layihənin ilkin həcmini müəyyən etməklə başlayır. Bu həcim sonra İşi Parçalara Bölmə Strukturuna (WBS) əsasən idarə edilə bilən hissələrə bölünür və detallı planlaşdırmanın əsası olur..

Layihənin mürəkkəbliyinə və təşkilatın kontekstinə görə ilkin planlaşdırma SAFe kimi hibrid çərçivələrdə olduğu kimi, detallı epiklər və user story-lərdən ibarət tam WBS ilə edilə bilər. Və ya Agile prinsiplərinə uyğun olaraq layihə boyunca mərhələli şəkildə təkamül edən bir neçə yüksək səviyyəli epiklərlə başlana bilər. Risk, cədvəl, kommunikasiya və keyfiyyət üçün idarəetmə planları buna uyğun şəkildə tərtib olunur, əvvəlcədən planlaşdırma ilə davamlı iterativ yeniləmələr birləşdirilərək həm çeviklik, həm də nəzarət təmin edilir.

Addım 1: Maraqlı Tərəfləri Müəyyən Et və Jira-da Layihə Komandasını Qur

  • Layihənin əsas maraqlı tərəflərini və onların rollarını müəyyən edin.
  • Əsas iş komandasını təyin edin (məsələn, Product Owner, Scrum Master, Developers, QA).
  • Bütün komanda üzvlərini uyğun rollar və icazələrlə Jira layihəsinə əlavə edin.

*Adlar dəyişdirilmişdir

Addım 2: Confluence-da Ağıl Xəritəsini Qur (vizuallıq üçündür ixtiyari addım)

  • Epikləri, vaxt cədvəllərini, rolları, məhsulları, riskləri, keyfiyyət yoxlamalarını və buraxılış planlarını vizuallaşdırın.
  • Şəffaflıq üçün canlı sənəd kimi saxlayın, yəni daimi olaraq, lazım olduqca yeniləyin.
Qeyd: Bu ilkin versiya olub, proseslər inkişaf etdikcə yenilənə bilər

(İxtiyari addım) Planlaşdırmaya Dəstək addımı: Sadə WBS

  • Epiklər yaradılmadan əvvəl əsas məhsulları müəyyən etmək üçün sadə WBS hazırlana bilər.
Qeyd: WBS adətən Jira xaricində hazırlanır, lakin ənənəvi planlaşdırmanı Agile icrasına bağlamağa kömək edir.

Addım 3: Jira-da Epikləri Müəyyən Et

  • WBS və tələbləri Jira-da əsas məhsulları təmsil edən Epic-lərə çevir (məsələn, infrastruktur, inkişaf, yerləşdirmə).
  • Layihə mərhələlərinə uyğun başlanğıc və bitiş tarixlərini təyin et.
Qeyd: İlkin tarixlər burada müəyyən edilir; geniş cədvəl və asılılıqlar Addım 5-də (Roadmap) göstərilir

Addım 4: Epikləri User Story-lərə Böl

  • Scrum komandası ilə birgə epikləri backlog refinement (tapşıqıqlarının təkmilləşdirilməsi) zamanı user story-lərə parçala.
  • Planning Poker və ya T-shirt sizing kimi üsullarla story point-ləri qiymətləndir.
  • User story-ləri valideyn epiklərlə əlaqələndir.
  • Daha detallı idarə üçün alt tapşırıqlar yarat.
  • Hər user story üçün açıqlama və qəbul meyarları əlavə et.
  • User story-lərə ilkin sahibləri təyin et.

Addım 5: Jira Roadmap-də Epikləri və Asılılıqları Xəritələ

  • Epikləri başlanğıc/bitmə tarixləri və asılılıqları ilə Roadmap-də vizuallaşdır.
  • Cədvəl üzrə irəliləyişi izlə, mümkün ləngimələri aşkar et və cədvəli mütəmadi olaraq ehtiyac olduqca yenilə.

Addım 6: Backlog-u Prioritetləşdir və Təkmilləşdir

  • Product Owner biznes dəyəri və riskə əsasən backlog elementlərini prioritetləşdirir.
  • Scrum komandası ilə müntəzəm grooming sessiyaları təşkil et.
  • Jira-da prioritet sahələrini (High, Medium, Low və ya xüsusi reytinq sistemləri) yenilə.
  • Sprint planlaşdırmasından əvvəl backlog-un aydın, aktual və düzgün qiymətləndirildiyindən əmin ol

Addım 7: Sprint Planlaşdırması

  • Komanda bacarığı və sprint hədəflərinə əsasən user story-ləri seç.
  • Seçilmiş story-ləri sprint backlog-a köçür.
  • Definition of Done (DoD) - təsdiqlənərək tamamlanma kriteriyalarının komandada hər kəs tərəfindən başa düşülməsinə əmin ol.
  • 4-cü addımda çatışmayan sahibləri əlavə et.

Addım 8: Jira Lövhəsindən İstifadə Edərək Sprinti İcra Et

  • Jira board-un To Do, In Progress və Done sütunlarından istifadə edərək işi izlə.
  • Gündəlik standuplar keçirərək irəliləyiş, maneələr və növbəti addımları müzakirə et.
  • Maneələri qeydə al və statusları yenilə.
  • Sprint sonunda Retrospective keçirərək dərsləri və inkişaf sahələrini qeyd et.

Addım 9: Keyfiyyət Təminatını İdarə Et

  • Test case-ləri və bug-ları user story-lərlə əlaqələndir.
  • Sprint boyunca test vəziyyətini, bugların həllini və testləri izlə.

Addım 10: Riskləri Müəyyən Et və Azalt

  • Riskləri Jira issues və ya Confluence qeydləri kimi qeyd et.
  • Riskləri şəxslərə tapşır və həlli yollarını tap.
  • Risk reyestrini davamlı yenilə.
Qeyd: Risk idarəetməsi layihə başlamazdan əvvəl başlayır və bağlanana qədər davam edir.

Addım 11: Buraxılışları Planlaşdır və İzlə

  • Buraxılış mərhələlərini və əlaqəli quraşdırma tapşırıqlarını müəyyən et.
  • Release checklist-lərdən, QA təsdiqindən, rollback planlarından istifadə et və müvafiq buraxılış qeydlərini əlavə et.

Addım 12: Layihənin İrəliləyişini Monitorinq Et

  • Jira dashboard və report-larla sprintləri, epikləri və layihə KPI-larını izləyin.
  • Velocity, burndown, lead time və qaçan buglar kimi metrikləri monitorinq et.
  • İrəliləyiş və riskləri maraqlı tərəflərə proaktiv şəkildə çatdır.

Addım 13: Sənədləşməni Saxla

  • Confluence-də əsas sənədləri şəffaflıq, nəzarə edilə bilərlik və uyğunluq üçün daim yenilə.
  • Sənədlər:
    • Mindmap (Addım 2) — yüksək səviyyəli vizual planlaşdırma
    • Definition of Done (DoD) (Addım 7) — tamamlanma kriteriyaları
    • Risk Register (Addım 10) — aktiv risk izləmə
    • Change Log — həcm, tələblər və ya cədvəl dəyişiklikləri
    • Retrospective Notes (Addım 8) — davamlı inkişaf qeydləri
    • Meeting Notes and Decisions — komanda kommunikasiya qeydiyyatı
Müvafiq Jira məsələlərini Confluence səhifələri ilə əlaqələndir və əksinə. Yaxşı sənədləşmə canlı aktivdir, onboarding, idarəçilik və auditlər üçün vacibdir.

Addım 14: Layihəni Bağla

  • Son layihə retrospektivini keçirərək öyrənilən dərsləri sənədləşdir.
  • Jira və Confluence məzmununu gələcək üçün arxivləşdir.
  • Komanda resurslarını burax, açıq məsələləri bağla və sənədlərin tamamlandığından əmin ol.

Read more

İT Layihə İdarəçiliyində Xidmətkar Liderlik: Empatiya və Avtoritetin Tarazlanması

İT Layihə İdarəçiliyində Xidmətkar Liderlik: Empatiya və Avtoritetin Tarazlanması

Həqiqi liderlik sadəcə tapşırıqları bölüşdürmək deyil — bu, etimad, səlahiyyətləndirmə və məsuliyyət mədəniyyətinin formalaşdırılmasını tələb edir. Servant Leadership (xidmətkar liderlik) yanaşması komanda üzvlərinin ehtiyaclarını önə çəkir və bu, daha yaxşı əməkdaşlığa, yüksək əhval-ruhiyyəyə və uğurlu layihə nəticələrinə gətirib çıxarır. Xidmətkar Liderliyin Əsas Prinsipləri 1. Komandanın Gücləndirilməsi Xidmətkar lider komanda üzvlərinin uğur

By Ulvi Hasanli